Bir ildə nazirliyə 227483 nəfər MÜRACİƏT ETDİ
    • 7-01-2020, 12:32
    • 662

Bir ildə nazirliyə 227483 nəfər MÜRACİƏT ETDİ

2019-cu il ərzində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 227 483 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində il ərzində 192 153 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 35 330 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində il ərzində 16 780 sənəd (7 090 ərizə, 9 690 məktub) qəbul olunub və qeydiyyata alınıb.

2019-cu ilin dekabr ayı ərzində Vətəndaşların Qəbulu Mərkəzində 2011 vətəndaşa xidmət göstərilib. Həmin dövrdə 1286 sənəd (418 ərizə, 868 məktub) qəbul olunub və qeydiyyata alınıb. Telefon Məlumat Mərkəzində isə dekabr ayı ərzində 10180 zəng qəbul edilib.

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, şagirdlərin yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər bu kimi məsələləri əhatə edib.