Bərdədə su kanalından meyit TAPILDI - VİDEO
    • 3-10-2019, 11:43
    • 589

Bərdədə su kanalından meyit TAPILDI - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1967-ci il təvəllüdlü Mirzəliyev Rizvan Nəriman oğlunun meyitinin sudan çıxarılması üçün müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Newss24.az-a veilən məlumata görə, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu R.N.Mirzəliyevin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.