Avtomobilin qapısında spirtli içki KEÇİRMƏK İSTƏDİ
    • 8-10-2019, 14:07
    • 767

Avtomobilin qapısında spirtli içki KEÇİRMƏK İSTƏDİ

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedez Benz Viano" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda-qapı örtüyünün iç hissəsindən üzərində "Çistıe Rosı" yazılan 11 ədəd 700 ml-lik spirtli içki aşkarlanıb.