-
- 4-10-2019, 01:04
- 705
Dostu ilə birlikdə əmisini öldürdü - puluna tamah saldı
Oktyabrın 2-nə keçən gecə Tərtər rayonunun Sarov kəndində törədilmiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb.
News24.az xəbər verir ki, ilkin araşdırmalar zamanı kənddə "Matı" ləqəbi ilə tanınan 1983-cü il təvəllüdlü Kərimov Niyaməddin Məhiyəddin oğlunun tamah məqsədi ilə öldürüldüyü müəyyənləşib.
Belə ki, 20 yaşlı Cavad Kərimov dostu, Kəngərli kənd sakini olan 2001-ci il təvəllüdlü Abbaszadə Zamin Faiq oğluna əmisində xeyli miqdarda pul olduğunu bildirib. Z.Abbaszadə Sarov kəndində yaşayan babasıgillə qonşu olan Niyaməddindən pulun alınması ilə birgə Cavadla plan qurublar. Onlar 36 yaşlı kişinin sərxoş vəziyyətdə olmasından istifadə edərək ona qarşı zorakılıq ediblər və gecə saatlarında pul tələb ediblər. Lakin N.Kərimov həmin şəxslərə pul verməyəcəyini bildirib və müqavimət göstərib. Bunu görən Cavad və Zamin onu öldürmək qərarına gəliblər.
Artıq cinayəti törətmiş şəxslər tutularaq istintaqa təhvil verilib.