-
- 7-10-2019, 18:10
- 1 636
Çuxuryurd gölü ekoloji fəlakətin astanasında - FOTO-VİDEO
Şamaxı rayonundakı Çuxuryurd gölü xəstəlik mənbəyinə çevrilib.
Sakinlər bildiriblər ki, rayonun Çuxuryurd kəndindəki eyniadlı göldə zibil əlindən tərpənmək olmur.
Gölün sahilində yerləşən zibil yığını ətrafda yaşayan insanları ciddi çəkildə narahat edir.
Kənd sakinləri iddia edir ki, mövcud problemin həlli üçün aidiyyəti qurumlar tərəfindən heç bir tədbir görülmür. Yerli icra hakimiyyəti orqanı tərəfindən Çuxuryurd kəndində zibil qutuları quraşdırılmadığından insanlar məişət tullantılarını birbaşa gölün sahilinə atmaq məcburiyyətində qalırlar. Bu da göl üçün ekoloji fəlakət deməkdir.
Zibil yığınından gələn üfunətli qoxu yaxınlıqdakı yaşayış evlərində də hiss olunur. Bir neçə balıq növünün yaşadığı nohurda suyun tərkibi dəyişərək, zəhərlənmələrə səbəb ola bilir. Bundan başqa, göl bir çox köçəri quşlar üçün müvəqqəti dayanacaq yeridir. Zibil yığını birbaşa istirahət zonasına aparan yolun üzərində olduğundan təkcə yerli sakinlərin deyil, ölkəyə gələn turistlərin də narazılığına səbəb olur.
Bu, həm də respublikanın turizm imicinə mənfi təsir göstərir. Sakinlər aidiyyəti qurumların zibil yığınlarını standartlara uyğun şəkildə utilizasiyasını tələb edirlər:
“Zibili atmaq üçün yetərli sayda metal konteynerlər quraşdırılsın. Zibillərin atılması gündəlik olaraq təşkil edilsə, bu cür antisanitar vəziyyət yaranmaz.
İcra hakimiyyəti tərəfindən müəyyən edilməmiş yerlərdə zibilin atılmasını qadağan edən nişanlar yerləşdirilsin”. /oxu.az/