ETSN rəsmisi:
    • 11-10-2019, 17:50
    • 586

ETSN rəsmisi: "Balıq ovu sahəsində özbaşınalıqlarla bağlı ciddi ittihamlar səslənir..."

Su hövzələrində balıq ehtiyatlarının artırılması perspektivləri, balıq  ehtiyatlarının qorunması və mühafizəsinin gücləndirilməsi məqsədi ilə ictimai dəstəyin formalaşdırılması mövzusunda həvəskar balıqçıların da iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində dəyirmi masa keçirilib.

NazirlikdəNews24.az-a verilən məlumata görə, ETSN-nin Departament direktoru Hikmət Əlizadə sənaye balıq ovu kvotalarının alınması bu ildən etibarən Asan xidmətə keçdiyini bildirin. O qeyd edib ki, artıq bu yolla məmurla vətəndaşın birbaşa ünsiyyəti yoxdur, Asan xidmətə müraciət olunur və balıq ovu kvotaları oradan əldə edilir. Bu da  öz növbəsində şəffaflığa və çevik yolla kvotaların əldə olunmasıına təminat yaradır: "“Həvəskar balıq ovçuları üçün çoxlu sayda imkanlar yaradılıb, onlara müxtəlif hövzələrdə yerlər ayrılıb, eyni zamanda milli park ərazilərində imkanlar yaradılıb. Elə bu yaxınlarda Abşeron milli parkında  çox gözəl tədbir keçdi. Bu məsələlər ardıcıl olaraq davam edirilir və etdiriləcək. Lakin buna baxmayaraq, son dövlər sosial şəbəkələrdə balıq ovu sahəsində özbaşınalıqlar, yəni bu sahədə problemlərin olması, aidiyyəti qurumlar tərəfindən qarşısının alınmaması ilə bağlı ciddi ittihamlar səslənir. Bununla bağlı biz deyə bilərik ki, bəli, bu sahədə ciddi problemlər var. Əlbəttə ki, brakonyerlik bütün dövrlərdə olan və bu gün də, hətta ən inkişaf etmiş ölkələrdə belə qeydə alınan haldır. Bu gün dünyada qeyri-qanuni dəniz məhsullarının dövriyyəsi 25 milyarda qədər qiymətləndirilir və ümumi tutulan balıq məhsullarının təxminən 2/5 qədəri (qeyri-rəsmi daha da çox) brakonyerliyin payına düşür". 

Departament rəhbəri bildirib ki, bu gün bilavasitə bu sahəyə cavabdeh Su nəqliyyatında polis idarəsi tərəfindən çoxlu sayda işlər aparılır: "ETSN də öz səlahiyyətləri daxilində onlarla birgə istər monitorinqlərin, təbliğat işlərinin aparılması, istərsə də tövsiyələrin verilməsi ilə bağlı xeyli işlər görür. Lakin paralel olaraq təbii ki, müxtəlif su hövzələrində olan bu cür qanunsuzluqların eyni vaxtda, qısa müddətdə qarşısının alınması mümkün deyil. Bu məsələni qaldıran şəxslər özləri bu sahəyə kömək etməlidir. Sadəcə olaraq, mücərrəd məlumatların verilməsi, mücərrəd ittihamların səslənməsi düz deyil, konkret ünvanlı məlumat olmalıdır. Əgər məsələni qaldıran şəxsin təbiət üçün həqiqətən ürəyi yanırsa,  konkret ad çəksin, ilk növbədə özü onun qarşısını almağa cəhd etsin. Çünki bu adamlar onu yaxın adamları, kəndliləri və yaxud vaxtilə birlikdə işlədiyi adamlardır. Çox təəssüf ki, bugünkü ittihamların əksəriyyəti mücərrəd səslənir, bu sahədə insanlar yalnız aidiyyəti oldu-olmadı dövlət qurumlarını ittiham eləməyə çalışır və birbaşa özlərinin üzərinə düşən vəzifəni görmürlər. Bir daha bildiririk ki, bu məsələlər əksər hallarda cinayət əməlidir, bununla mübarizə hüquq-mühafizə orqanları tərəfindən aparılır, ETSN bu sahədə ardıcıl olaraq təbliğat, monitorinq, təhlil işləri aparır, tövsiyələr edir və edəcək”.