Şamaxıda ana üç aylıq körpəsinə kerosin içirdi: VƏZİYYƏTİ AĞIRDIR - FOTO
    • 14-10-2019, 18:31
    • 572

Şamaxıda ana üç aylıq körpəsinə kerosin içirdi: VƏZİYYƏTİ AĞIRDIR - FOTO

Şamaxıda ana üç aylıq uşağını zəhərləyib.

Hadisə rayonun Sabir qəsəbəsində qeydə alınıb.

2019-cu il təvəllüdlü Rəhimov Cəlan Cəlil oğluna anası gecə saatlarında qida əvəzinə butulkada olan kerosin (neft) verib.

Ana səhvini anlayıb və körpə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan  Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətirilib.

Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov Oxu.Az-a açıqlamasında bildirib ki, uşağın vəziyyəti həddindən artıq ağırdır:

“Biz problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edirik”. /oxu.az/