Keçmiş məhkumdan gecəyarısı qadına qarşı iyrənc əməl - TƏFƏRRÜAT
    • 15-10-2019, 01:12
    • 734

Keçmiş məhkumdan gecəyarısı qadına qarşı iyrənc əməl - TƏFƏRRÜAT

Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

News24.az xəbər verir ki, 22-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın oktyabrın 12-də, saat 22 radələrində "28 May" küçəsində naməlum şəxsin onun mobil telefonunu, boyunbağısını, üzük və 1 cüt qızıl sırğasını aldığını bildirib.

22-ci polis şöbəsi və Səbail rayon Polis İdarsinin 39-cu polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ç.Mahmudov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.