-
- 15-10-2019, 11:26
- 786
Mikrorayonda qısqanc kişi 44 yaşlı arvadını ölümcül HALA SALDI
Sumqayıt şəhərində qadının bıçaqlanması hadisəsinə görə açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
News24.az-ın məlumatına görə, bu ilin iyun ayının 15-də həyat yoldaşı 1975-ci il təvəllüdlü Babayeva Tahirə Səxavət qızını yaşadığı evdə bıçaqlayan Məmmədov Akif Eldar oğlu barəsində açılan cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Mahmud Nəbiyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə qısqanclıq zəminində törədilib. 44 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və onun həyatını çətinliklə də olsa xilas etmək mümkün olub.