15 yaşlı oğlan bıçaqla qonşu kişiyə hücum etdi – Azərbaycanda qanlı cinayət
    • 13-03-2020, 12:06
    • 910

15 yaşlı oğlan bıçaqla qonşu kişiyə hücum etdi – Azərbaycanda qanlı cinayət

Sumqayıtda qonşusunu bıçaqlayaraq öldürməyə çalışan yeniyetmə barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, 1977-ci il təvəllüdlü Rüstəmov Rəşad Yasər oğlunu bıçaqlayan 15 yaşlı Şəfi Məmmədov barəsində Sumqayıt Şəhər Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.120.1-ci, yəni, qəsdən adam öldürməyə cəhd maddəsi ilə açılan işin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivində qeydə alınıb. 

Həmin massivdə yaşayan, 15 yaşlı Şəfi Məmmədov münaqişə zəminində qonşusu, 1977-ci il təvəllüdlü Rəşad Rüstəmova çoxsaylı bıçaq zərbələri vurub. Yaralı xəstəxanaya yerləşdirilib.