Bakıda 2 qardaşı ölümcül hala saldılar – QANLI DAVA
    • 29-06-2019, 10:27
    • 1 644

Bakıda 2 qardaşı ölümcül hala saldılar – QANLI DAVA

Bakıda baş vermiş kütləvi dava hadisəsi ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Əhmədov Əli İsa oğlunun və onun qardaşı Əhməd Əhmədovun Sənan İsmayılov tərəfindən bıçaqlanması ilə əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci, yəni qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, hər iki qardaş münaqişə zəminində bıçaqlanıb. 

Məhkəmənin hazırlıq iclası iyulun 9-da keçiriləcək.