-
- 15-10-2019, 15:05
- 865
"Məktəblilər psixotrop maddələrdən istifadə edir" - ŞOK AÇIQLAMA
"Azərbaycan Narkoloji Dispanserdə 300 qadın rəsmi qeydiyyatdan keçib. Eyni zamanda, 50 nəfərə yaxın yeniyetmə qeydiyyatdadır. Ümumi qeydiyyatda olanların sayı 32 min nəfərdir".
News24.az xəbər verir ki, Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçəri jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, qeyri-rəsmi rəqəmlər isə dəfələrlə çoxdur: "Əsasən narkotik istifadəçilərinin 50 faizi heroin, sintetik heroin (kakos), tiryəkdəm istifadə edir. Son illərdə isə opioidlərin ümumi faizi azalıb. Anfetamin və metanfetamin istifadəçilərinin sayı çoxalmağa başlayıb".
Məktəblilərin narkotiklərdən istifadə etməsi məsələsinə münasibət bildirən A.Mənuçəri qeyd edib ki, məktəblərdə uşaqlar psixotrop maddələrdən istifadə edirlər: "Qara bazarda satılan metanfetamin dərman deyil, psixotrop maddədir. Bu dərmandan onkoloji, şəkər-diabet, epilepsiya və başqa ağır xəstəliklərdə istifadə edilir. Psixotrop dərmanlar apteklərdə 3 möhürlü respetlə xüsusi xəstələrə satılır. Amma müxtəlif səbəblərdən o dərmanlar qarabazara çıxıb. Bəzi məktəblilər də o tipli psixotrop dərmanlardan istifadə edir. Bu dərmanı başqa məqsədlə istifadə edəndə narkotik təsirini göstərir, yəni məktəblərdə əsasən bu tipli dərmanlardan istifadə edilir. Narkotik vasitələrdən ölüm halları ilə bağlı statistika hələ açıqlanmayıb. Lakin ölüm faktları qeydə alınır".
A.Manuçəri onu da əlavə edib ki, son aylarda məktəblərdə energetik içkilərdən çoxlu miqdarda istifadə edənlər var: "Həftədə 1-2 dəfə istifadə ziyan törətmir. Amma energetik içkilərin fəsadları gələcəkdə bəlli olacaq. Bu içkilərin dolayı ziyanı daha təhlükəlidir. Orqanizm öyrəşir və gələcəkdə uşaqları aktivləşdirici maddələrə meyilləri artacaq. Bu içkiləri qəbul edən uşaqlar elə bilirlər ki, onlar daha aktiv və beyinləri daha yaxşı çalışır. Amma bilməlidirlər ki, gündəlik 3-4 bankadan artıq qəbul edilirsə bu narkotik effekti verir".
Afaq Mirayiq