-
- 16-10-2019, 10:18
- 716
BMT-dən həyəcan siqnalı - Nüvə müharibəsi riski artır
BMT baş katibinin müavini və tərksilah işləri üzrə nümayəndəsi İzumi Nakamitsu dünyadakı vəziyyətin nüvə qarşıdurması riskini artırdığını bildirib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, İ.Nakamitsu həmçinin ""Məşhur "Qiyamət saatı"nın yenidən gecə yarısına iki dəqiqə qalmışa geri qaytardılar. Vəziyyətin yenidən olduqca təhlükəli hal alması ilə bağlı ciddi narahatlıqlar var. Bunun üçün bir çox fərqli səbəb görürəm".
O, nüvə gücləri də daxil olmaqla dövlətlər arasında etimadın ciddi şəkildə pozulduğunu qeyd edib və BMT baş katibinin "dünya indi inamsızlıq üzündən iğtişaş vəziyyətindədir" sözlərini xatırladıb.
Nakamitsu, aparıcı güclər və digər ölkələr arasında dialoqun olmamasını da qeyd edib. Katibin müavini vurğulayıb ki, indi ölkələr hərbi imkanları diplomatiya və danışıqlardan daha çox dəyərləndirməyə başlayıblar: "Başqa sözlə, nüvə qarşıdurması təhlükəsini artıran bir çox amil var. Lakin ən kəskin problem dövlətlər arasında etimadın olmamasıdır. Digər amillər bunu daha da ağırlaşdırır. Vəziyyət çox çətindir".