"Direktorlara xəbərdarlıq olunub"- CEYHUN BAYRAMOV
    • 17-10-2019, 13:39
    • 493

"Direktorlara xəbərdarlıq olunub"- CEYHUN BAYRAMOV

"Azərbaycanda şagirdlərin ilk dəfə elektron yerdəyişməsindən bir həftə sonra nazirliyə bir çox müraciətlərin olduğunu gördük".

News24.az-ın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, Bakı Şəhər üzrə Təhsil idarəsinin qarşısında çoxsaylı insan yerdəyişmə prosesinin ləngidiyini və səbəbləri ilə maraqlanıblar:"Azərbaycanda şagirdləri ilk dəfə elektron yerdəyişməsindən bir həftə sonra nazirliyə bir çox müraciətlərin olduğunu gördük Elektron sistem mövcud olmasaydı bu məsələ ilə bağlı narazılıqların həcmini müəyyən edə bilməzdik. Şagirdlərin yerdəyişməsi elektronlaşdırılmamışdan əvvəl meydana çıxan narazılığı yalnız Təhsil Nazirliyinə şikayət daxil olduqda bilirdik.

Bəzən bu problemlərlə üzləşənlər heç müraciət etməyib və real vəziyyətlə bağlı məlumatımız olmurdu. Elektronlaşmadan sonra biz insanların problemlərini bilib, həll yollarını müzakirə edə bildik. Əlimizdə olan statistika bizə göstərdi ki, həll olunmayan və yaxud həlli gecikən məsələrin sayı ümumi müraciətlərin sayının 2 faizi qədərdir. Proses yeni olduğu üçün 2 faizin səbəbləri arasında direktorun səhlənkarlığı ucbatından baş verib. Drektor bu işi nəzarətə götürmədən bu işi texniki işçisinə həvalə edib, o da vəzifəsini düzgün başa düşməyib və ona görə də ləngimələr gedirdi. Onlara xəbərdarlıq olundu və məsələ öz həllini tapdı.

Elektron sistem bizə imkan verir ki, məsələnin mahiyyətini qısa müddətdə görə bilək. Sistemdə bir sıra təkmilləşdirmələr etdik. Sistem elektron olduğundan burada insan müdaxiləsindən söhbət gedə biıməz".


Afaq Mirayiq