Dönərxana yandı- Sumqayıtda
    • 18-10-2019, 09:38
    • 528

Dönərxana yandı- Sumqayıtda

Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan dönərxananın yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Fövqəlada Hallar Nazirliyinin News24.az-a vedrilən məlumata görə, yüksək temperatur lambirindən ibarət tavanın əriməsinə səbəb olub. Dönərxananın qalan hissəsi və içərisindəki qaz balonu, bitişik, ümumi sahəsi 110 m² olan mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.