Gömrükdə 10 qutu TELEFON AŞKARLANDI - FOTOLAR
    • 19-10-2019, 11:42
    • 640

Gömrükdə 10 qutu TELEFON AŞKARLANDI - FOTOLAR

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin avtomobilə gömrük baxışı zamanı yük hissəsində xüsusi düzəldilən gizli saxlanc yerindən, qutu və aksesuarları ilə birlikdə 10 ədəd "Samsung Galaxy 10" markalı mobil telefon, 60 ədəd qidalandırıcı başlıq, 60 ədəd USB və 60 ədəd qulaqlıq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.