"Əgər, belə bir şou Türkiyədə olsaydı, biz heç vaxt..."
    • 19-10-2019, 22:36
    • 780

"Əgər, belə bir şou Türkiyədə olsaydı, biz heç vaxt..."

Müğənni Səidə Dadaşova "Maşın” şounun final gecəsində ağlaması ilə diqqət çəkib.

News24.az xəbər verir ki, aparıcı Suna Kasımoğlunun qalib olduğunu eşidən ifaçı ağlamağa başlayıb. O musavat.com-a açıqlamasında bildirib ki, Sunanın qalibiyyətinə sevinməyib:

"Mən sadəcə şokdayam, yaşananlara inanmıram. Lalə həm güclü, həm səmimi , həm də kövrək qəlbli bir xanımdır. Mən heç gözləmirdim. Mən heç bu qalibiyyətə sevinmirəm də. Səmimi olaraq fikrimi açıqlayıram. Bu gün burada olma səbəbim Lalədir. Mən tamamilə yuxudayam. Elə bil indi oyanacağam. Mən inanmırdım ki, Lalə gücsüzləşər. Çünki, o, çox güclüdür. Onun tək səhvi o oldu ki, öz xanımlığını göstərdi və səs toplamaq üçün çıxanda ad çəkmədi. Amma burada belə hərəkət etmək lazım deyildi. Bura mafia oyunu kimidir, psixoloji hazır olmalısan. Sunada elə psixologiya var ki... Əgər, belə bir şou Türkiyədə olsaydı, bizim heç bir iştirakçımız orada qala bilməzdi. Heç birimiz qalib ola bilməzdik”.