Qardaşından şikayət etdi – Cinayət işi açıldı
    • 20-10-2019, 11:24
    • 873

Qardaşından şikayət etdi – Cinayət işi açıldı

Quba rayonunda qardaşın qardaşı tərəfindən döyülməsi faktına görə cinayt işi açılıb.

News24.az -ın məlumatına görə, Quba rayon sakini Eldarov Ramiz Ramazan oğlu qardaşı Rahidin onu döyməsi ilə bağlı polisə müraciət edib. Ekspertiza zamanı onun bədənində xəsarətlərin olması təsdiqlənib və Rahid Eldarov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci, yəni qəsdən sağlamlığa yüngül zərər vurma, maddəsi ilə cinayət işi açılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.