"Özünü yığışdır, get, atanın..." -  Yusif Mustafayev Zauru HƏDƏLƏDİ- VİDEO
    • 26-10-2019, 15:28
    • 2 131

"Özünü yığışdır, get, atanın..." - Yusif Mustafayev Zauru HƏDƏLƏDİ- VİDEO

Əməkdar artist Yusif Mustafayev aparıcı Zaur Kamalın ünvanına qalmaqallı sözlər deyib.

News24.az xəbər verir ki, Mustafayev Zaurun onun evinin görüntülərini yaymasına əsəbiləşib. O, "Səhər-səhər" verilişində aparıcını hədələyib:

"Mən neyniyim? Harda yaşayım? Çox evim yoxdur... Bir dənə evim var, iki mərtəbədir və 22 adam yaşayır. Bunu böyüdüb, ediblər dəhşət bir şey. Əziyyət çəkmişəm, qazanmışam və ev tikmişəm. Oğlanlar var ki, məndən də imkanlıdır, amma evi yoxdur. Yeraltı keçid söhbəti hardan çıxdı? Onu deyən adamlar qələt edir. İmkan verin, yaşayaq. Evimi çəkib verənə lənət olsun. Söz tapmırlar danışmağa. Deyirlər, get, onu məhkəməyə ver ki, icazəsiz evini çəkib. Vermirəm, lazım deyil. Evin içinə girə bilməzlər, böyüründən çəkiblər. Mənim villamdan danışana o gün biri yaxşı cavab verdi. Qayıtdı ki, sən 35 mini götürüb, istirahətə gedirsən. Mən xaricə getmirəm, 35 min xərcləmirəm. Bakıda dincəlirəm. Evimi çəkdirən oğlan, özünü yığışdır, sənə ayıb olsun. Get atanın evini çək".

Sevda Bayramova