-
- 26-10-2019, 21:11
- 783
Suna Kasımoğlunu “dopinq”dən istifadə etməkdə günahlandırdılar
"Maşın şou" bitsə də, müzakirələr bitmək-tükənmək bilmir.
News24.az oxu.az-a istinadən xəbər verir ki, şou bitdikdən sonra Sunanı “dopinq”dən istifadə etməkdə günahlandırdılar.
Xanım Kasımoğlunu buna açıqlama gətirib:
"48 yaşında bir qadının 60 saat ayaq üstə qalması izləyicilər tərəfindən birmənalı qarşılanmadı. Hamının ağlına “dopinq”dən istifadə etməyim gəldi. Mənim “dopinq”im sağlam qidalanmağım, özümü öncədən oyuna hazırlamağım, idman etməyim, sağlam ağla malik olmağım və pozitiv düşünməyimdir. Oyunda hər zaman udacağımı düşündüm. O məkanı bir “cənnət” kimi düşünüb, gördüm".