Suraxanıda xoşagəlməz hadisə - Bacı və qardaşını...
    • 27-10-2019, 11:43
    • 676

Suraxanıda xoşagəlməz hadisə - Bacı və qardaşını...

Suraxanı rayonu ərazisində 2 nəfərin döyülməsinə görə cinayət işi açılıb.
News24.az -ın məlumatına görə, Suraxanı RPİ-də Zaur Əliyev və bacısı Fərqanənin döyülməsi faktı ilə bağlı araşdırmalar aparılıb. Araşdırmalar zamanı onların Ruslan Novruzov adlı şəxs tərəfindən döyülməsi və müxtəlif dərəcəli bədən xəsarətləri alması təsdiqlənib.
R.Novruzov barəsində cinayət işi açılıb və o istintaqa cəlb edilib.
Artıq Surxanı RPİ-də ibtidai istintaq tədbirləri yekunlaşb və materiallar baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Hazırlıq iclası 4 noyabr tarixinə təyin edilib.