Bakıda dava-dalaş - Ata və qızını döydülər
    • 11-11-2019, 15:04
    • 1 455

Bakıda dava-dalaş - Ata və qızını döydülər

Baki şəhər Xəzər rayonunda ata və qızının döyülməsi hadisəsinə görə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Xəzər rayonu ərazisində Abbasov İsmayıl Böyükağa oğlu qardaşı Bəxtiyarla onun qızı Nərmini döyərək hər iki şəxsə xəsarətlər yetirib. Hadisə münaqiş zəminində baş verib və xəstəxanaya müraciət edən ata və qızının xəsarətlərinin dərəcəsi təyin edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 127-ci, yəni, qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb.

Artıq cinayət işinin materialları Xəzər Rayon Məhkəməsinə göndərilib və hazırlıq iclası 20 noyabr tarixinə təyin edilib.