Sevda Akif İslamzadənin QARŞISINDA DİZ ÇOKDÜ - VİDEO
    • 30-10-2019, 14:56
    • 1 587

Sevda Akif İslamzadənin QARŞISINDA DİZ ÇOKDÜ - VİDEO

Bakı Kitab Mərkəzində mərhum yazıçı, jurnalist Çingiz Ələkbərzadənin "Zindan" kitabının yenidən nəşr olunan versiyası təqdim edilib. Mərasimdə Xalq yazıçısı Anar, Xalq şairi Ramiz Rövşən, əməkdar artist Gülzar Qurbanova, Nərgiz Cəlilova, müğənnilər Samira Allahverdi, aparıcılar Leyla Quliyeva, Kamilə Babayeva və başqaları iştirak ediblər.

News24.az xəbər verir ki, kitab yazıçının qızları, Əməkdar artist Sevda Ələkbərzadə və müğənni Elmira Ələkbərzadənin (Emma) təşəbbüsü ilə latın qrafikasıyla dərc olunub. Xədicə Sənanqızının aparıcılıq etdiyi gecədə bir çox maraqlı məqamlar yaşanıb. İlk növbədə aparıcı Emin Musəvi kitabın proloqundan parçalar səsləndirib. Xalq artisti Mehriban Zəki isə yazıçının "Darıxıram" və "Anam şöhrət" şeirlərini səsləndirib. Həmin vaxt E.Ələkbərzadə göz yaşlarını saxlaya bilməyib. Ələkbərzadə bacıları qonaqlar üçün musiqilər də ifa ediblər. Sevda atasının şeirinə bəstələdiyi mahnını səsləndirib, Emma isə bacısını pianoda müşayiət edib. Sevdanın bu ifası tədbirə qatılanları təsirləndirib. Müğənni tamaşaçılar arasında əyləşən Akif İslamzadəyə yaxınlaşaraq onun sənətinə sayğı əlaməti olaraq qarşısında diz çöküb.

Tədbir Əməkdar artist Bəhruz Vaqifoğlunun "Salam, Allahım" mahnısının sədaları altında nümayiş etdirdiyi səhnəciklə başa çatıb.

Sevda Bayramova