Sevda Ələkbərzadənin keçmiş əri müğənni oldu - VİDEO
    • 12-04-2019, 12:56
    • 3 011

Sevda Ələkbərzadənin keçmiş əri müğənni oldu - VİDEO

Əməkdar artist Sevda Ələkbərzadənin keçmiş həyat yoldaşı müğənniliyə başlayıb.

News24.az
xəbər verir ki, Kamiyar sosial şəbəkə hesablarında müğənnilik bacarığını nümayiş etdirən videolar paylaşmağa başlayıb.

ABŞ-ın Texas ştatında yaşayan Kamiyar artıq xeyli müddətdir ki, müxtəlif tədbirlərdə müğənni kimi çıxış edir.

Xatırladaq ki, Sevda və Kamiyar cütlüyü 2014-cü ilin may ayında ailə həyatı qurmuş, 2016-cı ildə boşanıblar. Cənubi Azərbaycandan olan iş adamı Sevda Ələkbərzadə ilə Türkiyədə tanış olmuşdu.

Teymur MƏMMƏDOV