Çavuşoğlu və Pompeo Suriyadakı son hadisələri müzakirə ediblər
    • 12-01-2019, 13:40
    • 786

Çavuşoğlu və Pompeo Suriyadakı son hadisələri müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə telefon söhbəti edib.

İki dövlətin xarici siyasət idarələri rəhbərlərinin Suriyadakı son hadisələri müzakirə etdikləri bildirilir.
Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti fevralın 5-də ABŞ-a səfər edəcək. Danışıqlarda tərəflərin bir sıra mövzuları, o cümlədən Suriyada vəziyyəti, PKK ilə mübarizəni, həmçinin konsulluq məsələlərini müzakirə edəcəkləri gözlənilir.
Xatırladaq ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bir qədər əvvəl Suriyadan qoşunların çıxarılmasının İŞİD-ə və digər terror qruplaşmalarına qarşı ABŞ-la birgə vuruşanların, eləcə də YPG-nin təhlükəsizliyinin təmin olunması nəzərə alınmaqla həyata keçirilməli olduğunu bəyan edib. Rəsmi Ankara müşavirin bu sözlərinə kəskin reaksiya verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın terror birləşmələrinin təhlükəsizliyinə zəmanət verilməsi tələbini ciddi səhv adlandırıb. O bildirib ki, Boltonun Ankara səfərindən sonra Türkiyə istənilən vaxt Suriyada antiterror əməliyyatına başlaya bilər.

//Anadolu