“VAZ” “KamAZ”la toqquşdu - Ölən və yaralılar var
    • 2-11-2019, 15:02
    • 880

“VAZ” “KamAZ”la toqquşdu - Ölən və yaralılar var

Noyabrın 1-də saat 17 radələrində Goranboy şəhəri ərazisində Gəncə şəhər sakini A.Abbasovun idarə etdiyi “VAZ-21011” və Qızılhacılı kənd sakini B.Paşayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a  verilən məlumata görə, nəticədə “VAZ”-dakı sərnişin, Yevlax rayon sakini Arzu Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.