Qorxmaz Hüseynov:
    • 7-11-2019, 12:34
    • 982

Qorxmaz Hüseynov: "Azərsu" gəlir, yolu qazır deyirlər..."

"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov cəmiyyətdə formalaşan "Azərsu" gəlir yolu qazır, boruları təmir edir, yol təmirsiz qalır" fikrinə aydınlıq gətirib.

News24.az xəbər verir ki, YAP-ın Mərkəzi Qərargahında keçirilən ənənəvi mətbuat konfrasında qurum sədri bildirib ki, bir qəza olursa, mütləq oranı qazmalı və təmir işləri aparmalıyıq: "Amma "Azərsu" yolu qazdı, təmir etmədi və getdi" fikri düzgün yanaşma deyil.
Bir qəza olursa, mütləq oranı qazmalıyıq. Bizim qurumun asfalt təsərrüfatı yoxdur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləmiz var. Biz 2-3 kvadratmetr yol qazırıq, sonra onun bərpası üçün bir neçə gün vaxt lazım olur. Biz bu vaxtın minimuma endirilməsi üçün işlər görürük. Artıq AAYDA da bu işlərin həyata keçirməsi üçün lokal qurğular alıb".

Afaq Mirayiq