Bakıda nazirliyin vəzifəli əməkdaşlarına rüşvət təklif etdilər
    • 10-11-2019, 15:55
    • 1 439

Bakıda nazirliyin vəzifəli əməkdaşlarına rüşvət təklif etdilər

Bakıda nazirlik əməkdaşlarına rüşvət təklif edən şəxslər barəsində cinayət işi açılıb.

News24.az -ın məlumatına görə, Hüseyn Səfərov və Kamil Səfərov adlı şəxslərin Vergilər Nazirliyinin əməkdaşlarına rüşvət təklif etməsi faktı üzə çıxarılandan sonra onlar barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312.2-ci, yəni, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə maddəsi ilə cinayət işi açılıb. İş üzrə nazirlik zərərçəkən şəxs qismində tanınıb.
Artıq cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Eldar Mikayılovun sədrliyi ilə baxılacaq.