-
- 11-01-2020, 15:07
- 1 157
DOST əməkdaşına rüşvət təklif edən şəxsə cinayət işi açıldı
Bakıda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) əməkdaşına rüşvət təklif edən şəxsə cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, Məmmədov Həbib Müsəllim oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312.2-ci, yəni, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə maddəsi ilə açılan işin ibtidai istintaqı artıq başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İlham Mahmudovun icraatına verilib.
Qeyd edək ki, iş üzrə DOST Agentliyi zərərçəkən şəxs qismində tanınıb. Agentlik əməkdaşına rüşvət vermək istəyən h.Məmmədov isə daha əvvəl dələduzluq faktına görə təqsirləndirilib. Həmin vaxt o, saxta diplom satma əməlinə görə mühakimə edilib.