Avtobus aşdı - 15 YARALI
    • 12-11-2019, 12:17
    • 608

Avtobus aşdı - 15 YARALI

Gürcüstanda avtobusun aşması nəticəsində 15 nəfər xəsarət alıb.

News24.az "TASS"-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.

Qəzanın çərşənbə axşamı səhər baş verdiyi qeyd olunub. Avtobus insanları Batumidən Keda kəndinə apararkən aşıb.

Xəsarət alanların bir hissəsi Batumidə xəstəxanaya yerləşdirilib. Bəziləri isə Kedada ambulator müalicə alırlar. Şöbədən verilən məlumata görə, sərnişinlər yerli sakinlər olub.

Qəzadan sonra yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması və ya nəqliyyat vasitələrinin istismarı maddəsi ilə cinayət işi başlanıb.