ABŞ-a yollanan Ərdoğandan VACİB AÇIQLAMALAR
    • 12-11-2019, 12:40
    • 530

ABŞ-a yollanan Ərdoğandan VACİB AÇIQLAMALAR

Türkiyə prezidenti Rəcəb Tayiib Ərdoğan ABŞ səfərindən öncə vacib açıqlamalar edib.

News24.az "Sabah"a istinadən xəbər verir ki, ziyarətin əlaqələrin ağrılı dövründə baş tutduğunu vurğulayan R.T.Ərdoğan, Suriya məsələsi haqqında uzun-uzadı danışacaqlarını deyib: "DEAŞ terrorçularını ölkələrinə təhvil verməyə başladıq. Burada ciddi təlaş var. İndiyə qədər biz düşündük, bundan sonra da onlar düşüsünrlər. Ferhat Abdi Şahinin qatil, terrorçu olduğunu və belə bir terrorçunu qəbul edərək yanlarında saxlamaqlarının səhv olduğunu sənədlərlə təqdim edəcəyik".

"Əməliyyatla bağlı əldə edilmiş razılaşmanın tam yerinə yetirilməməsinin sənədlərini təqdim edəcəyik. İraq və Carablusa qədər olan  bölgə sərhədlərimiz, Suriya sərhədi də daxil olmaqla etibarlı bölgə cədvəlində xəritədədir. Rəsmi görüşdən sonra Amerika Dini Mərkəzini də ziyarət edəcəyik" deyə Rəcəb Tayyib Ərdoğan bildirib. 

Prezident həmçinin amerikalı həmkarı Donlad Tramp ilə eyni fikirdə olduğunu da açıqlayıb: "Münasibətlərimizdəki dumanlı atmosferə baxmayaraq, Tramp ilə münasibətlərimizin inkişaf etdirilməsi məsələsində həmfikirik.

İki lider olaraq əvvəlcə bir görüşümüz olacaq, nümayəndə heyətləri arasında görüşümüz baş tutacaq. Birlikdə keçirəcəyimiz mətbuat konfransı isə daha böyük olacaq. Terrorizmlə mübarizə bu görüşlərdəki əsas müzakirə mövzusu olacaq".