İrandan gələn şəxsin bağırsağından NARKOTİK ÇIXARILDI
    • 16-11-2019, 12:14
    • 672

İrandan gələn şəxsin bağırsağından NARKOTİK ÇIXARILDI

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Astara gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən News24.az-a verilən məlumata görə, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində həmin şəxsin daxili orqanı - düz bağırsağında iki ədəd bükümdə, qablaşmaları ilə birlikdə cəmi 119 qram narkotik vasitə - heroin, bir ədəd bükümdə ümumi çəkisi 23 qram olan psixotrop maddə - metamfetamin, daha bir bükümdə isə üzərində "M40" yazılan 98 ədəd metadon adlı həb aşkar edilib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.