Ana fəryad qopardı:
    • 16-11-2019, 20:40
    • 1 089

Ana fəryad qopardı: "Müdirəmin iki uşaqlı əri qızımla qaçdı"

Azərbaycanda 22 yaşlı, 4-cü kurs tələbəsi evli kişi ilə qoşulub qaçıb.


News24.az xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə ana müraciət edib. Belə ki,  qızı Yeganə Abbasovanı axtaran ana bildirib ki, Yeganə 11 gündür ki, yoxdur: "Biz Xaçmazda yaşayırıq. Qızım Pedaqoji Universitetin Quba filialında oxuyur. Mən mağazada işləyirəm. Qızımı müdirəmin həyat yoldaşı qaçırıb. O, taksi şoferi işləyirdi. Qızımı o, universitetə aparıb gətirirdi. Kişi 2 uşaq atasıdır. Biz onlarla ailə kimiydik. Qızımla o qara "VAZ" 21 07 maşını ilə Bakıya gəliblər".


/Sonxeber.az/