Tanınmış konsert təşkilatçısı qəzəbləndi: “Bu kartof soğan satışı deyil ki...” - FOTOLAR
    • 17-10-2018, 17:05
    • 2 707

Tanınmış konsert təşkilatçısı qəzəbləndi: “Bu kartof soğan satışı deyil ki...” - FOTOLAR

Təşkilatçı  Nahid Emiloğlu bir neçə gün öncə baş tutan Yıldız Tilbe konserti ilə bağlı sərt açıqlamalar verib.

News24.az danışan tanıınmış təşkilatşı konsertin biarçılıqla yadda qaldığını bildirib:

“Konsertə 3 gün qalmış biletlərin qiymətində 50% endirim ediblər. Bu kartof soğan satışı deyil ki... Bilet satılmır? Konserti ləğv et. Zalı doldurmaq istəyirsənsə dəvətnamə payla. Yoxsa biri 500 manata bilet alıb, digəri isə endirimlə 250 AZN-ə... Belə şey etmək olmaz! Konsert biabrçılıq idi”.

Təşkilatçı 11 öncə Yıldız Tilbe konsertini reallaşdırmaq istədiyini lakin alınmadığını bildirdi:

“Mən Yıldız Tilbeni 2007-ci ildə Bakıya gətirmək istəyirdim. Behi ödədim, reklamı verdim və cəmi 23 bilet satıldı. Konsertə  1 ay qalmış ləğv etdim.
3500 nəfərlik zalda konsert etmək və 500  manat bilet satmağın özü səhvdir. Zal böyüdükcə, qiymət aşağı düşməlidir.

Mən Serdar Ortaçın Buta Palace konsertinə 500 manata satmışam, lakin ora 220 manatlıq menyü daxil idi”.

N.Emiloğlu konsertlərdəki təhlükəsizlik xidmətlərinə də toxunub:

“Konsertlərdə ilk təhlükəsizlik xidməti mən yaratmışam. Amma hazırda bizdə o səviyyə deyil. Sən tamaşaçı ilə necə qol gücünə rəftar edə bilərsən?

Heydər Əliyev adına Sarayda da mühafizə var. Görün heç orada belə hallar baş verir? Hər şey rəhbərlikdən asılıdır”.

Teymur Məmmədov