"Azərişıq"dan XƏBƏRDARLIQ
    • 18-11-2019, 11:17
    • 619

"Azərişıq"dan XƏBƏRDARLIQ

“Azərişıq” ASC istehlakçılara xəbərdarlıq edib.

Qurumdan News24.az-a daxil olan məlumata görə, bu gün 91 saylı yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədar Digah və Mehdiabad qəsəbələrinin bəzi ərazilərində saat 12:00-dan 15:00-a qədər elektrik enerjisinin verilməsində qısa müddətli fasilə yaranacaq. 

“Azərişıq” ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.