Zərdab sakininin həyətində 4 kiloqram NARKOTİK AŞKARLANDI - VİDEO
    • 18-11-2019, 12:19
    • 873

Zərdab sakininin həyətində 4 kiloqram NARKOTİK AŞKARLANDI - VİDEO

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən tədbirlər nəticəsində Sarıqaya kənd sakini Mehman Şükürov tutulub. Onun evinin həyətindəki gizli saxlanc yerinə baxış zamanı 4 kiloqram 785 qram marixuana aşkar edilərək götürülüb.

 Qeyd edək ki, polislər tərəfindən narkotik vasitələr satış üçün hazır qutularda qablaşdırılmış vəziyyətdə tapılıb. Mehman Şükürov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.