"Etnik təmizlənmənin şanlı tariximizdə yeri yoxdur" Türkiyə Müdafiə Nazirliyi
    • 19-11-2019, 11:14
    • 509

"Etnik təmizlənmənin şanlı tariximizdə yeri yoxdur" Türkiyə Müdafiə Nazirliyi

“Etnik təmizlənmənin, kimyəvi silahların, etnik və dini ayrıseçkiliyin şanlı tariximizdə və əxlaqi dəyərlərimizdə yeri yoxdur".

News24.az xəbər verir ki, bu sözlər Türkiyə Müdafiə Nazirliyinin "Twitter" hesabında yazılıb. Qeyd olunub ki, "Eyni zamanda NATO ordusu olan Türk Silahlı Qüvvələri təhlükəsizlik zonasının yaradılması istiqamətindəki bütün fəaliyyətlərində qanunlarımız və beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir”.