-
- 19-11-2019, 16:16
- 1 033
Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
UNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində təşkilatın 2020-2021-ci illər üzrə Yubileylər siyahısı təsdiq edilib.
Mədəniyyət Nazirliyindən News24.az-a verilən məlumata görə, təşkilatın dəyərlərini, mədəni müxtəlifliyini və universallığını əks etdirməsi, ölkəsinin hüdudlarından kənarda tanınması və regional əhəmiyyət kəsb etməsi kimi meyarlarına cavab verdiyi üçün Azərbaycanın tanınmış dramaturqu, rejissoru və ictimai xadimi Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyi də UNESKO-nun Yubileylər siyahısına daxil edilib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, UNESKO üzrə Azərbaycan Milli Komissiyası və Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyinin birgə hazırladığı sənəd təşkilatın katibliyi tərəfindən müsbət qiymətləndirilərək təsdiq olunub.
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə bağlı tədbirlər UNESKO səviyyəsində 2020-ci ildə keçiriləcəkdir.
Həmçinin, Azərbaycan, Türkiyə və İranın birgə təqdim etdiyi “Filosof və yazıçı - Ahi Evranın 850 illik yubileyi” də Yubileylər siyahısına salınıb.