Süpürgəçiləri qoruyan yol nişanları  artıq küçələrdədir– Foto
    • 29-08-2018, 12:19
    • 1 008

Süpürgəçiləri qoruyan yol nişanları artıq küçələrdədir– Foto

Son vaxtlarda paytaxt küçələrində təmizlik işləri görən bələdiyyə işçilərinin avtomobillər tərəfindən vurularaq öldürülməsi geniş müzakirə edilirdi.
Bu problemin aradan qaldırılması üçün əvvəlcə led işıqlı gödəkçələrin paylanılacağı bildirilsə də, indi də yeni yol nişanlarından istifadə olunacağına dair məlumat yayılıb.

Dünən və bu gün paytaxtın Heydər Əliyev prospektinin təmizlik aparılan yerlərdə şəkildə gördüyünüz bu nişanlar qoyulub. Nişanın üzərində küçə süpürən şəxsin təsviri verilərək, altından “Diqqət!” sözü yazılıb.

Yol nişanının təkərli dirəklər şəklində hazırlanması onu asanlıqla bir yerdən digər yerə aparçağa imkan verir.

//Publika.az