Tərtərdə yol qəzası - maşın parçalandı, 2 nəfər öldü
    • 24-11-2019, 00:50
    • 799

Tərtərdə yol qəzası - maşın parçalandı, 2 nəfər öldü

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.
News24.az xəbər verir ki, rayonun Azadqaraqoyunlu kəndi ərazisində Xocavənd rayon sakini Rac Zeynalov idarə etdiyi “VAZ-2101” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.
Qəza nəticəsində sürücü və sərnişinlərindən Qaynaq kənd sakini Mahrux Məmmədova hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.