Biləsuvarda dəhşətli qəza: 3 ÖLÜ, 3 YARALI
    • 31-08-2019, 09:37
    • 623

Biləsuvarda dəhşətli qəza: 3 ÖLÜ, 3 YARALI

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, rayon ərazisində Bakı şəhər sakini Sədaqət Fərhadzadə idarə etdiyi "Hyundai" markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlər Səfər Fərhadzadə, Riyad Hüseynov və Günel Hüseynova hadisə yerində dünyasını dəyişib.
Sürücü Sədaqət Fərhadzadə və digər iki sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.