-
- 26-11-2019, 11:44
- 1 491
"7. Koğuştakı mucize"nin Ovası BAKIDA
Bakıda V Türk Filmləri Həftəsinin açılışı baş tutub.
News24.az xəbər verir ki, gecədə yer alan aktyorlar arasında "7. Koğuştakı mucize" filminin balaca siması Ova - Nisa Sofiya Aksungur də yer alıb.
Balaca aktrisa maraqlı açıqlamalar verib: "Özümü çox yaxşı hiss edirəm. Bakını çox sevdim. Dəniz kənarını gəzdim. Məni burda tanıyırlar, şəkil çəkdirirlər. Aktrisa olmaq çox gözəl hissdir. Özyaşıdlarımdan ancaq Bereni tanıyıram, onunla çəkilməyi istəyərdim. "7. Koğuştakı mucize"ni izləyənlər ağlayırdı, amma mən heç ağlamadım. Məktəbdə sinif yoldaşlarım setdən şəkil, video çəkməyimi istəyirlər".
Nisa Sofiya Aksungur aktyor Aras Bulut İynemli ilə birgə filmdə oynamağın əla bir hiss olduğunu qeyd edib: "Aras Bulut İynemli real həyatda çox əyləncəli biridir. Həmçinin, filmdə fasilələr zamanı çox fərqli insandır. Onunla tanış olmaq mənim üçün xoş idi".
Sevda Bayramova