Bakıda dəhşətli ailə faciəsi- iki azyaşlı yanğında zəhərlənərək öldü
    • 29-11-2019, 22:38
    • 757

Bakıda dəhşətli ailə faciəsi- iki azyaşlı yanğında zəhərlənərək öldü

Bakı şəhərində fərdi yaşayış evi yanıb. 
News24.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. 
Həyata keçirilən tədbirlər nəticəsində alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 
Yanğın zamanı iki azyaşlı tüstüdən zəhərlənib. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər.
Qeyd edək ki, hadisə zamanı vəfat edənlər bacı-qardaş olub. 
Onlar 2016-cı il təvəllüdlü Əlizadə Ruqiyyə Anar qızı və 2013-cü il təvəllüdlü Əlizadə İsmayıl Anar oğludur.