"Araz" marketə girib 2 nəfəri BIÇAQLADILAR
    • 27-02-2020, 14:45
    • 1 142

"Araz" marketə girib 2 nəfəri BIÇAQLADILAR

Bakıda marketdə 2 nəfəri bıçaqlayan şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Sabunçu Rayon Polis İdarəsində Sultanov Ülvi İlyas oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü, yəni, qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə tördildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, hadisə Zabrat qəsəbəsində yerləşən "Araz" marketdə qeydə alınıb.

Belə ki, mağazaya girən oğru 2 nəfəri - 1986-cı il təvəllüdlü Şıxıyev Vüsal Akif oğlu və 1992-ci il təvəllüdlü İsgəndərov Məhəmməd Şəmsəddin oğlunu bıçaqlayıb.
Hər iki yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. 

V.Şıxıyevə sol döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu qoyulub və cərrahiyyə şöbəsinə, M.İsgəndərova isə sol qoltuqaltı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.