“Səssizsiniz” - Sosial çarxı TƏQDİM OLUNDU
    • 30-11-2019, 17:41
    • 1 493

“Səssizsiniz” - Sosial çarxı TƏQDİM OLUNDU

“Liatris Holding”in rəhbəri, tanınmış iş xanımı Ruhi Əliyevanın təşəbbüsü, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin dəstəyi ilə “Qadına şiddətə son” sosial layihəsi çərçivəsində #səssizsiniz haşteqi ilə xüsusi çağırışlı çarx nümayiş olunub.  

News24.az xəbər verir ki, “Liatris Holding”in sifarişi ilə rejissor Kamran Ağabalayevin ərsəyə gətirdiyi “Səssizsiniz” sosial çarxında kişi şiddəti, zorakılıq, qadınların qətlə yetirilməsi xoreoqrafik rəqslə simvolik şəkildə nümayiş olunub.

Qobustanda “Qadın daşı”nın ətrafında, eləcə də, son ayların ən dəhşətli qadın qətllərindən hesab olunan üç övladının gözü önündə həyat yoldaşı tərəfindən 20 bıçaq zərbəsi ilə qətlə yetirilən Leyla Məmmədovanın öldürüldüyü məkanda lentə alınıb. Həmin yer Avtovağzal metrostansiyasının yaxınlığıdır.

Çarxın çəkilməsinin əsas məqsədi bir daha cəmiyyətin diqqətini bu sosial bəlaya yönəltməkdir.

Qeyd edək ki, sosial çarxdakı rəqsləri “Jam Group”un üzvləri Rəsul Həsənov və Nigar Soltanova ifa edib.