"Təzə-təzə gəzirəm..." - SUĞRA BAĞIRZADƏ
    • 2-12-2019, 12:13
    • 1 351

"Təzə-təzə gəzirəm..." - SUĞRA BAĞIRZADƏ

"Gözəlliyimin, cavanlığımın əsas sirri yəqin ki, xasiyyətimin xoş olmasından irəli gəlir".

Bu sözləri News24.az-a açıqlamasında Əməkdar artist Suğra Bağırzadə deyib. O, bildirib ki, formada qalmaq üçün daim idmanla məşğul olur: "Hər gün mütləq şəkildə idmanla məşğul oluram. Hər hansısa xüsusi maskalardan istifadə etmirəm. Amma hər axşam yatmamışdan öncə və səhərlər zəfəranlı çay içirəm. Çünki çox xeyirlidir".

Suğra Bağırzadə yeni filmlərdə rol almamasının səbəbindən də danışıb: "Sonuncu "Dağıntılar altında" serialın çəkilişlərində yıxılıb ayağımı qırmışdım. Ona görə də daha heç bir filmə çəkilmədim. Heç həmin serialda da sona qədər çəkilə bilmədim. Təzə-təzə yeriməyə başlamışam. Təkliflər var, amma gərək onlar həm yaşıma, həm də sağlamlığıma uyğun olsun. Əgər, seviyyəli iş istəyirsənsə, ona sərmayə qoymalısan. Nə vaxtkı biz böyük sərmayə yatırmağı bacaracağıq, o zaman da yaxşı iş ərsəyə gələcək".

Sevda Bayramova