-
- 2-12-2019, 21:43
- 913
Ermənistan mətbuatı İlham Əliyevin Paşinyanı necə biabır etməsindən yazdı
“Azərbaycan faktiki olaraq Paşinyanın tarixdən savadsız olduğunu aşkarlamağı bacardı”.
News24.az xəbər verir ki, bu cümlə “zham.am”da yayımlanan “Əliyev Paşinyanı niyə gülünc vəziyyətə qoya bilib?” başlıqlı məqalədə yer alıb.
Məqalədə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaregin Njde barəsində fikirlər söyləyərkən Ermənistanın baş naziri Nikol Paşinyan faşistlərin əlaltısı Njdeni keçmiş SSRİ-nin xarici işlər naziri Molotov və sovet dissident Soljenitsinlə müqayisə etməklə tarixi faktlardan tamamilə məlumatsız olduğunu göstərdi.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabr ayında MDB Dövlət Başçıları Şurasının iclasında müharibə illərində Azərbaycan xalqının rolunu, MDB liderlərinin dəfələrlə faşistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxış etdiklərini xatırlatmışdı: “Təəssüf ki, MDB məkanında, xüsusilə də Ermənistanda belə hallar baş verir. Əvvəlki hakimiyyət tərəfindən Yerevanın mərkəzində Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş faşist cəlladı və satqın Qaregin Ter-Arutyunyana abidə qoyulub”.
Nikol Paşinyan isə Njdeni Böyük Vətən Müharibəsinin qəhrəmanları Soljenitsin və Molotvla müqayisə etmişdi. (“Report”)