Azərbaycanda azyaşlı oğlanı zorladılar – DƏHŞƏTLİ CİNAYƏT
    • 3-12-2019, 10:04
    • 1 354

Azərbaycanda azyaşlı oğlanı zorladılar – DƏHŞƏTLİ CİNAYƏT

Azərbaycanda daha bir azyaşlıya qarşı seksual xarakterli cinayət törədilib

News24.az-ın məlumatına görə, Məmmədov Araz Ramiz oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü, yəni seksual xarakterli zorakılıq hərəkətləri - on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə cinayət işi açılıb. Artıq iş üzrə ibtidai istintaq başa çatıb və cinayət işinin materialları Şəki Ağır Cinayətlər Məhkəməsinə daxil olub. İş hakim Nahid Mirzəyevin icraatına verilib və  hazırlıq iclası 9 dekabr tarixinə təyin edilib. Günahı sübuta yetirilərsə Araz Məmmədovu səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, təqsirləndirilən şəxs azyaşlı oğlan uşağına qarşı seksual zorakılıq edib və bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olandan sonra araşdırmalar başlayıb.