SOCAR-a yeni vitse-prezident TƏYİN EDİLDİ
    • 3-12-2019, 10:26
    • 1 402

SOCAR-a yeni vitse-prezident TƏYİN EDİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin edilib.

News24.az
Azneft” İstehsalat Birliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

“Bu böyük etimada görə, möhtərəm Prezidentimizə Birliyimizin kollektivi adından dərin minnətdarlığımızı bildirir, Daşqın İskəndərova yeni vəzifəsində daha böyük uğurlar arzulayırıq”,-  “Azneft”dən bildiriblər.

Qeyd edək ki, təyinata qədər neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident vəzifəsində Rəhman Qurbanov çalışıb.