-
- 24-01-2020, 17:18
- 952
Bakıda gənc oğlanı 15 manata görə ÖLDÜRDÜLƏR
Bakıda tanışını 15 manata görə öldürdüyünə görə təqsirləndirilərək məhkum edilmiş şəxs Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü, yəni, qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə ittiham edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Pənahov Səməd Pənah oğlu Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə 2 iyun 2018-ci ildə baş verib. P. Səmədov əvvəllər tanıdığı Röyal Rəhimova 40 manat məbləğində elektroşok cihazı satıb. R. Rəhimov isə 25 manat ödəyib, 15 manat borclu qalıb.
P. Səmədov Röyal Rəhimovun 15 manat borcu xeyli müddətdir ödəməyini əsas gətirərək onunla görüşmək qərarına gəlib.
Görüş zamanı onların arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib və Pənah Səmədov Röyal Rəhimova yumruq zərbələri endirməklə onu döyüb. Sonuncu xəstəxanaya çatdırılsa da, 6 gün sonra dünyasını dəyişib.